Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isveçrəli həmkarı İqnasio Kassis ilə Avropa Şurasının nazirlər sessiyası çərçivəsində görüşüb.
Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Mirzoyan həmkarı ilə Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində son hadisələri, o cümlədən Almatıda aparılan danışıqlarda müzakirə olunan əsas məsələləri müzakirə edib.