Mirzoyan Hindistanda Lavrovla görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.

Sozcu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqramda yazıb.

O bildirib ki, nazirlər Moskva və İrəvan arasında danışıqların istiqamətini müəyyənləşdiriblər.

Lakin XİN rəsmisi bu istiqamətlərin nədən ibarət olduğunu açıqlamayıb.

Share on Facebook