Minimum əməkhaqqı ilə bağlı pis xəbər – Artım olmayacaq

Xəbər verdiyimiz kimi, Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bəs saatlıq minimum əməkhaqqının hesablanması aylıq minimum əməkhaqqının məbləğinə təsir edəcəkmi?

Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyir ki, saatlıq minimum əməkhaqqının hesablanması aylıq minimum əməkhaqqının məbləğinə təsir etməyəcək:

“Yəni, işçi həftədə 40 saat işləyib minimum əməkhaqqı məbləği olan 345 manat qazanır. Amma elə işçilər də var ki, həftədə 8-10 saat işləyir. Həmin işçilərin əməkhaqqısının hesablanması zamanı saatlıq minimum standartların olmaması əlavə problem yarada bilər. Çox güman ki, minimum saatlıq əməkhaqqına keçilməsi bunu daha rahat tənzimləmək üçündür”.  

Ekspert onu da qeyd edib ki, minimum aylıq əməkhaqqı artmasa, onun saatlıq və ya həftəlik bölünməsinin təsiri yoxdur: 

“Minimum əməkhaqqı az olduğu üçün bu qərar da əhaliyə ciddi təsir etməyəcək, gələcəkdə minimum əməkhaqqı artarsa, bunun hesablanma qaydasının dəyişməsi əhalinin hüquqlarının qorunması baxımından uğurlu addım olacaq. Güman edirəm ki, bu il minimum əməkhaqqının artırılması gözlənilmir. Ola bilsin ki, bu, gələn il müzakirə olunsun”. 

Share on Facebook