İyulun 11-də Təbrizdə yaşayan milli fəal Səccad Sidqi təhlükəsizlik idarəsinə aparılaraq dindirilib.
Bu barədə yerli insan haqları fəalları məlumat yayıblar.
Onlarn sözlərinə görə, mülki güyimli əmurlar məhkəmə hökmü olmadan iş yerinə gedən milli fəalı özləri ilə idarəyə aparıb, 4 saat dindirdikdən sonra sərbəst buraxıblar.
Məmurlar Səccad Sidqinin təhküləsizlik idarəsindən edilən çağırış zənglərinə cavab vermədiyinə görə onun təhdid ediblər.
Qeyd edək ki, Səccad Sidqi bundan əvvəl bir neçə dəfə saxlanılıb, "İrana qarşı olan qrup və ya təşkilatların xeyrinə təbliğat"da günahlandırılıb və girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.