Məsud Pezeşkian kimdir?

M.Pezeşkian 29 sentyabr 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində anadan olub.

O, ibtidai təhsilini doğma şəhərində aldıqdan sonra əyalət mərkəzi Urmiya şəhərinə gedib və Urmiya Kənd Təsərrüfatı Kollecindən qida sənayesi diplomunu alıb.

1973-cü ildə Sistan və Bəlucistan əyalətində hərbi xidmətdə olan azərbaycanlı siyasətçi 1975-ci ildə təcrübi elmlər sahəsində yenidən təhsilə başlayıb və 1976-cı ildə Təbriz Tibb Elmləri Universitetinə daxil olub.

1985-ci ildə ümumi tibb təhsilini bitirib və Tibb Universitetində fiziologiya müəllimi kimi dərs deyib.

1990-cı ildə Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyyə, daha sonra 1993-cü ildə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə yüksək ixtisas alıb və dərhal Təbrizin "Şəhid Mədəni" Ürək Xəstəxanasında işə başlayıb, daha sonra həmin xəstəxananın rəisi olub.

O, Məhəmməd Xatəminin prezidentliyi dövründə səhiyyə nazirinin müavini, daha sonra səhiyyə naziri vəzifəsində çalışıb.

Məsud Pezeşkian İranın 8,9,10,11 və bu il keçirilən 12-ci dövr parlament seçkilərində qalıb gəlib, Təbriz, Tufarqan (Azərşəhr) və Üskü şəhərlərinin millət vəkili olub.

Azərbaycanlı siyasətçi müxtəlif dövrlərdə İran parlamentinin Səhiyyə Komissiyasının üzvü, rəhbəri və parlament sədrinin birinci müavini vəzifələrini yerinə yetirib.

2013 cə 2021-ci illərdə prezident seçkilərində qeydiyyatdan keçən Məsud Pezeşkian son anda namizədliyini geri götürüb.

O, 1 iyun 2024--cü ildə, Daxili İşlər Nazirliyində 14-cü prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib, iyunun 9-d onun namizədliyi Nəzarət Şurası (Şurayi Nigəhban) tərəfindən təsdiq edilib.

M.Pezeşkian ailəli olub, 4 övladı var, həyat yoldaşı 19 il əvvəl dünyasını dəyişsə də o bir daha evlənməyib.

İslahatçı siyasi cərəyana mənsub olan Təbrizin İran parlamentindəki millət vəkili mühafizəkar siyasi cərəyan üzvləri arasında da nüfuza sahibdir. 

Uzun illər hakimiyyətdə təmsil olunmasına, yüksək vəzifələr tutmasına baxmayaraq adı repressiya və korrupsiya əməllərində hallanmayıb.

O, iyulun 5-də İranda keçirilən prezident seçkisinin ikinci turunda 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, 16,384 milyon (53,6%) səs toplayaraq İranın 9-cu prezidenti seçilib.

Share on Facebook