Messi 8-ci dəfə "Qızıl top"u qazandı

“France Football” nəşrinin verdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.

Sozcu.az xəbər verir ki, mükafatı bu yay PSJ-dən ayrılaraq “İnter Mayami”yə keçən Lionel Messi qazanıb. Nəticədə 36 yaşlı hücumçu karyerasında 8-ci dəfə "Qızıl top"u əldə edib.

Messiyə mükafatı “İnter Mayami”nin sahibi Devid Bekhem təqdim edib.

Lionel ötən il Argentina yığması ilə birlikdə DÇ-2022-nin qalibi olub. O, turnirin ən yaxşı futbolçusu seçilib.

Xatırladaq ki, Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub. Ötən il isə bu mükafatı Kərim Benzema qazanmışdı.

Share on Facebook