Mərasimdəki qadınlar əyləşdikləri masalarla birgə 1-ci mərtəbəyə yıxılıblar

Bu gün saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evindəki bədbəxt hadisənin təfərrüatı məlum olub.

Sozcu.az xəbər verir ki, hadisə vaxtı mərasim evinin ikinci mərtəbəsində yas mərasimi keçirilirmiş. Bu zaman ikinci mərtəbənin döşəməsi birinci mərtəbənin tavanı ilə birgə qəfil çöküb. Nəticədə yuxarı mərtəbədəki mərasimdə iştirak edən qadınlar əyləşdikləri masalarla birgə birinci mərtəbəyə yıxılıblar.

Bildirilir ki, hadisədən bir neçə dəqiqə əvvəl 1-ci mərtəbədə olan şəxslər oranı tərk ediblərmiş. Az sonra isə çökmə hadisəsi yaşanıb.

Qeyd edək ki, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfərə ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib. Onlar 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızıdır.

Share on Facebook