“Qarabağda gərginlik qalmaqdadır, lakin vəziyyət hər saat dəyişir”.
Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, Qarabağdakı ermənilərin həyatına hər hansı təhlükənin olmadığını bir daha vurğulayıb:
“Dünən bu barədə səsləndirdiyim fikrim dəyişməyib. Əgər hər hansı dəyişiklik olsa, bunu bir daha vurğulamazdım. Mənə verilən məlumata görə, hər yarım saatdan bir vəziyyət dəyişir, proseslərə hakim olmaq üçün diqqətlə izləmək lazımdır.
Ərazidə humanitar vəziyyətin yaxşılaşacağına dair ümidlər var, müsbət dinamika müşahidə olunur. Bu gün Qarabağa böyük həcmdə humanitar yardım daxil olacaq. Məndəki məlumata əsasən müəyyən razılaşmalar var, lakin ətraflı məlumat verə bilməyəcəyəm. Düşünürəm ki, bu razılaşmaların icrasına indidən başlanılmalıdır, amma olub-olmayacağı dəqiq deyil”.