“Mən də daxil olmaqla, hər kəs fəlakətlə bağlı cavab verməli olacaq, lakin bütün bunlar yalnız müharibədən sonra baş verəcək”.
Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciəti zamanı deyib.
“Baş nazir kimi mən dövlətin gələcəyini təmin etmək üçün məsuliyyət daşıyıram. Və hazırda mənim işim İsrail dövlətini və xalqını düşmənlərimiz üzərində qələbəyə çatdırmaqdır”, – deyə Netanyahu bildirib.