F.Əliyarov adına Astara şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Ülviyyə Bayramova məktəbin gözətçisi Halik Əli oğlu Nəcəfov tərəfindən bıçaqlanıb.
Sozcu.az Bizim.Media-ya istinadla xəbər verir ki, Halik Nəcəfov bir müddət əvvəl məktəbdə katibə işləyən və direktorla aralarında yaranan münaqişəyə görə bu ilin aprel ayında tutduğu vəzifədən uzaqlaşdırılan Validə Məmmədovanın həyat yoldaşıdır. Direktorla keçmiş katibəsi arasındakı mübahisə "işə qəbul"ə görə yaranıb və mübahisə məhkəməyə qədər gedib çıxıb.
Ülviyyə Bayramova ağır vəziyyətdə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardımdan alandan sonra o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Halik Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.