Başımıza gələn bədbəxtçiliklərin çoxu qorxaqlığımızdandır.
Sozcu.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov sosial şəbəkədəki paylaşımında bildirib.
O qeyd edib ki, illər boyu yüzlərlə var-dövlət sahibi onun yanına gəlib Ramiz Mehdiyev və ətrafının onların əmlaklarının əllərindən almalarını danışıblar:
“Hansına dedimsə ki, gəlin hüquq-mühafizə orqanlarına rəsmi müraciət edək, hamısı “Aslan müəllim, hüquq-mühafizə orqanları elə Ramizin özüdür” deyiblər. Mənə maraqlıdır, heç olmasa indi onlar hüquq-mühafizə orqanlarına müraciət edirlərmi?”
