Maşın azyaşlı bacı və qardaşı vurdu

İmişli rayonunda azyaşlı qardaş və bacını avtomobil vurub.

Sozcu.az xəbər verir ki, 2018-ci il təvəllüdlü İ.Məmmədov və bacısı, 2020-ci il təvəllüdlü E.Məmmədova yolu keçərkən avtomobil onları vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook