Manukyan HƏRƏKƏTƏ KEÇDİ - Qarabağdan əl çəkməyəcəyik!

“İndiki hakim komanda hakimiyyətdə olmasaydı, Qarabağ erməniləri hələ də öz torpaqlarında yaşayacaqdı”.

Bu barədə Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan danışıb.

“Mən Qarabağ ermənilərinin indi hansı vəziyyətdə olacağını deyə bilmərəm. Lakin Ermənistanda fərqli bir hökumət olsaydı, onlar mütləq öz evlərində yaşayacaqdılar. Hazırkı vəziyyət indiki hökumətin can atdığı şeydir və buna nail oldu”, - deyə Manukyan yerli “İcmal” proqramında bildirib.

O, hazırkı hakim komandanın müəyyən dairələrdə “Ermənistan dövlətinin İsveçrə və ya Lixtenşteyn kimi sabit regionda yaşaya biləcəyi” ideyasını axmaqlıq adlandırıb.

“Bu, tamamilə axmaq və qeyri-real fikirdir. Amma onlar (hakim elita) bunu əsas götürdülər. Onlar hesab edirlər ki, Qarabağ problemi olmasa, ermənilərin “çoxəsrlik” istəkləri (məsələn, başqalarının torpaqlarına göz dikməsi kimi - red.) bir kənara qoyulsa, “Ağrı bizim dağımız deyil” desələr, Ermənistan çiçəklənməyə başlayacaq. Bu axmaq ideya təkcə Nikolun beynində kök salmayıb, o, bunu təbliğ etmək və yaymaq üçün hər şey edir”, - deyə revanşist Manukyan bildirib.

Onun sözlərinə görə, əgər 2018-ci ildə hakimiyyət dəyişikliyinə qədər Ermənistanda kiməsə desəydilər ki, indiki hakimiyyətin sadiq qaldığı ideologiyaya malik adamlar hakimiyyətə gələ bilər, çoxları buna inanmazdı.

“Türkiyə, Azərbaycan və Rusiyanın diktəsini qəbul etməklə heç nə əldə etməyəcəyik. Nə sülh, nə də iqtisadi inkişaf olacaq. İnsanlar xoşbəxt həyat üçün tamamilə boş yerə ümid edirlər, çünki problemi unutmaqla buna nail olmaq mümkün deyil. Mövcud problemlərin real həlli olmadan heç bir dövlət uğur qazana bilməyib. Bizim üçün Qarabağ təkcə milli məsələ deyil, həm də problem, vəzifə idi. Bir vəzifənin olması və onun həlli ilə ermənilər güclənir”, - Manukyan bu sözlərlə əsl erməni xislətini ortaya qoyub.(musavat.com)

Share on Facebook