“Bastion” zirehli maşınlarının daha bir partiyası olacaq. Mən hansı texnikanın gəldiyi barədə çox təfərrüata girməyəcəyəm, lakin onların hamısı müdafiə avadanlığıdır, çünki bu regionda həm əhalinin, həm də sərhədlərin qorunması prioritet məsələdir.
Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistanda səfərdə olan Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.
“Fransa lazım gəlsə, Ermənistana raket də verəcək. Heç kəs öz ordusunun imkanlarını daha da inkişaf etdirdiyinə görə tənqid oluna bilməz. Ermənistana lazım olarsa, yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə raketləri də müdafiə qabiliyyətinin inkişafının tərkib hissəsi olacaq”.