Laçında yük maşınları toqquşdu: ölən var

Laçın-Zabux yolunun 2-ci km-də qəza baş verib.

Sozcu.az xəbər verir ki, qəza zamanı MAN markalı nəqliyyat vasitəsinin sürücüsü Fərman Hüseynov idarəetməni itirərək qarşıdan gələn Elman Qarayevin idarə etdiyi MAN markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hər iki nəqliyyat vasitəsinin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılarkən Fərman Hüseynov yolda ölüb.

Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır.

Share on Facebook