Kürdəmirdə yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb.
Sozcu.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki, həyətyanı sahəyə içməli su gətirən “QAZ-53” markalı su maşınının sürücüsü İsgəndərov Sahib Sabir oğlu avtomobili geriyə verərkən ehtiyyatsızllq edib və 2022-ci il təvəllüdlü Bəkirov Uğur Semral oğlunun üzərindən keçib. Azyaşlı elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.