Kürdəmirdə ağır qəza: yaralılar var

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.

Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mersedes" markalı avtomaşının sürücüsü Mingəçevir şəhər sakini, 1986-cı il təvəllüdlü Nəbiyeva Jalə Rəşadət qızı Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı sürücü və onun sərnişini Mingəçevir sakini 1979-cu il təvəllüdlü Həsənova Ramilə Xaliq qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Share on Facebook