Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub.
Sozcu.Az xəbər verir ki, “Azad Azərbaycan” Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub.
“Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar”, – deyə bildirilib.
Qeyd edək ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü Səma və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su mühərrikinin yanında istirahət edirlərmiş. Bu zaman altı yaşlı Səma suya yıxılıb. Atası qızını xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.