Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) respublikada öz məsuliyyət sahəsini müəyyən etməkdən imtina edir.
Sozcu.az xəbər verir ki, bu barədə o, parlamentdəki çıxışı zamanı danışıb.
“Ən böyük fundamental problem odur ki, KTMT mahiyyət etibarı ilə Ermənistanda öz məsuliyyət sahəsini düzəltməkdən imtina edir. Bu şərtlərdə (KTMT tədbirlərində) səssizcə iştirak etsək, Ermənistanın ərazi bütövlüyü və suverenliyinin şübhə altına alınması məntiqinə qoşula bilərik. Biz həm bizə, həm də KTMT-yə fikirləşmək üçün vaxt veririk”, - deyə o, parlamentdə çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, İrəvan KTMT tədbirlərində iştirak etməməklə qurumdan çıxmaq üçün zəmin hazırlamır:
“Biz müxtəlif səbəblərdən KTMT-nin bu tədbirlərində iştirak etməmək qərarına gəldik. Mən heç nəyə zəmin hazırlamıram, bu zəmin ya var, ya da yoxdur”, - o, müxalifətçi deputatın KTMT-dən çıxmağa mümkün hazırlıqlarla bağlı sualını cavablandırarkən deyib.