Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı deyib ki, Ukraynanın lazımi resursları olan kimi Rusiyanın işğalı altında olan Krımı azad etmək istəyir. O, Putinin reaksiyasından qorxan Qərb rəsmilərinin belə, ona mane ola bilməyəcəklərinə eyham vurub.
Sozcu.az xəbər verir ki, Zalujnı bu haqda "Washington Post" qəzetinə müsahibəsində danışıb.
"Əlimdə lazımi silahlar, vasitələr olan kimi nəsə edəcəm. Mənə dəxli yoxdur - heç kim mənə mane ola bilməyəcək".- deyə Baş Komandan vurğulayıb.
Zalujnı Ukraynanın sursat baxımından başqa ölkələrdən asılı olduğundan şikayətlənir.
Onun sözlərinə görə, Ukrayna nə qədər çox atəş aça bilsə, Rusiya qoşunlarını sıxışdırsa, o qədər az itki verəcək, lakin indi bu, Qərb silahlarından və hərbi sənaye kompleksindən asılıdır, hətta tərəfdaş ölkələr də Ukraynanı sursatla təmin etməyə çatdırımır.
Qeyd olunur ki, işğal olunmuş əraziləri geri qaytarmaq, Rusiyanı məğlub etmək və Ukraynanın itkilərini minimuma endirmək üçün əks-hücum əməliyyatı keçirmək hələ də çatışmayan resursları tələb edir.