Krım körpüsünə hücumda iştirak edənlər mükafatlandırılacaq

Ali Radada Krım körpüsünə hücumda iştirak edənlərin dövlət mükafatlarına təqdim edilməsi təklif edilib. Təşəbbüsü Radanın deputatı Oleksiy Qonçarenko səsləndirib. 

Sozcu.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, O.Qonçarenko Krım körpüsünə hücumu “Ukraynanın böyük uğuru” adlandırıb.

Bundan əvvəl Ukrayna Krım körpüsündə baş verən fövqəladə vəziyyətdə Kiyevin iştirakına eyham vurmuşdu. “RBC-Ukrayna” nəşrinin mənbələri hücumu Ukrayna dəniz qüvvələrinin və kəşfiyyat xidmətinin “xüsusi əməliyyatı” adlandırıb. Qondarma Krım parlamentinin rəhbəri Vladimir Konstantinov Kiyevdə törədilən terror aktına görə qisas almağa çağırıb.

Qeyd edək ki, artıq Krım körpüsündə dəmiryolu xəttinin fəaliyyəti bərpa olunub. Bildirilib ki, Simferopol-Moskva qatarı Krasnodar diyarına yola düşüb. Körpüdəki partlayış nəticəsində ər-arvad ölüb, qızları isə yaralanıb. Daha əvvəl Krımının qondarma rəhbəri Sergey Aksenov teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Share on Facebook