Körpələrin dini olmur
Körpələrin peyğəmbəri olmur
Körpələrin məscidi, kilsəsi, sinaqoqu olmur
Körpələrin "İncil"i, "Quran"ı, "Tövrat"ı olmur
Körpələrin milləti olmur
Körpələrin siyasi baxışları olmur
Körpələrin vətəni anasının qucağı, atasının çiyinləridir
Körpələrin vətəni də olmur
Körpələrin silahı olmur
Körpələrin gülüşü olur
Körpələr ölümü də tanımır
Böyüklərin - qatillərin, canilərin, cinayətkarların başlatdıqları müharibələrdə ölənədək heç bir körpə ölumü tanımır
Bir körpənin ölümü tanıdığı dünyada ədalət də yoxdur, vicdan da, mərhəmət də.
Rəşad Ergün