Kəndləri verib, əvəzində Bakıdan bunu tələb edək – Oskanyan sərsəmlədi

“Erməni kəndlərini (Qazaxın işğaldakı kəndləri – red.) Azərbaycana verməyə hazırsınızsa, o zaman Bakıdan Qarabağın muxtar statusunun bərpasını tələb edin”.

Sozcu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

O, ölkənin baş naziri Nikol Paşinyanın kəndləri təhvil verməyə hazırlaşdığını iddia edib.

“Bunu edirsinizsə, Qarabağla bağlı tələb irəli sürməyə borclusunuz. Ermənistanın bu məsələni gündəmə gətirmək hüququ var”, – diplomat bildirib.

V.Oskanyan xüsusi vurğulayıb ki, rəsmi İrəvan Qarabağ ermənilərinin geri qayıtması üçün iş aparmalıdır, lakin bu istiqamətdə hər hansı fəaliyyət yoxdur.Globalinfo)

Share on Facebook