Aprelin 17-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində Baş Mil kanalına düşən minik avtomobilində olan 1 nəfərin axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Muğan" və "Aran" dalğıc-axtarış qrupları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan şəxsin meyiti (avtomobilin batdığı yerdən təqribən 200 m aralıda) aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, kanala düşən şəxs 1988-ci il təvəllüdlü Sahil Təbriz oğlu Ağayevdir. Onun hərbçi olduğu bildirilir.