"Kadırov 15 il ərzində narkotikdən istifadə edib, ona görə də bu gün ölüm ayağındadır" - Zakayev

"Kadırov Çeçenistanda yaradılan zibil qutusudur və onun ölümü Rusiyaya respublikada törətdiyi cinayətləri bir hissəsini onun üzərinə qoymağa imkan verəcək..."

Zakayev bəyan edib ki, Kadırovu xəstəxana çarpayısına düçar edən narkotik asılılığıdır

İçkeriya Çeçenistan Respublikasının baş naziri Kadırovun Rusiyanın FTX tərəfindın zəhərləndiriməsi versiyasını təkzib edib.

Sozcu.az xəbər verir ki, bu barədə "tsn.ua" nəşri yazıb.

İçkeriya Çeçenistan Respublikasının mühacirətdə olan baş naziri Əhməd Zakayev bəyan edib ki, Ramzan Kadırov 15 il ərzində narkotiklərdən istifadə edib. Onun fikrincə, belə asılılıq Çeçenistan liderini "xəstəxana çarpayısına" düçar edib.

Ötən həftə müxalifətçi Əbubəkr Yanqulbayev bəyan edib ki, Kadırov "ölüb". Bu arada isə Kreml Çeçenistan liderinin vəziyyəti barədə susmağa üstünlük verir. 

Bununla birlikdə, Ukrayna MN Baş Kəşfiyyat İdarəsi  iddia edib ki, Kadırovun vəziyyəti ağırdır. Öz tərəfindən Əhməd Zakayev deyib ki, çeçen "don"u uzun müddət "sakitləşdirici", daha doğrusu, narkotiklər qəbul edib.

Bu, sağlamlıqla bağlı gözlənilən problemlərə gətirib çıxarıb. O cümlədən, Birləşmiş Ərəb Əmirliklərdə ona böyrək köçürməyə cəhd edilib, lakin bu, baş tutmayıb.

"Bu səbəbdən onun sağlamlığında ciddi fəsadlar baş verib", - Zakayev "24Kanal"a şərhində deyib.

Eyni zamanda o, çeçen liderinin, bəzi ekspertlərin hesab etdiyi kimi, Rusiya  FTX-sı tərəfindən zəhətlənditirilməsi versiyasını təkzib edib.

Zakayev deyir ki, Kadırov Kreml üçün hələ də kifayət qədər qiymətli fiqurdur. O, Rusiya üçün "canlı" kimi faydalıdır və ona alternativ "simanın" yaradılması çox vaxt tələb edir.

Eyni zamanda, Kadırovun "ölümü" ondan Rusiyanın öz cinayətlərinin bir hissəsinin ata biləcəyi "zibil qutusu" düzəldə bilər, Zakayev vurğulayıb.

"O, Çeçenistanda yaradılan zibil qutusudur. Çeçenistanın malik olduğu bütün neqativlər və ya Rusiya xüsusi xidmət orqanları və Rusiyanın Çeçenistanda törətdiyi cinayətlərin nəticələri-bütün bunlar Kadırovun üzərinə qoyulacaq", - o, qeyd edib.

Peskov Kadırovun hansı vəziyyətdə olduğunu dəqiqləşdirməkdən imtina edib

Xatırladaq ki, Kadırovun "ölümü" barədə şayiələr Yanqulbayevin sentyabrın 17-də yaydığı məlumatla birgə yayılıb.

Ertəsi gün Rusiya KİV-ləri Putinin mətbuat katibi Dmitri Peskova müraciət edib və Kadırovla bağlı baş verənləri dəqiqləşdirməyə cəhd edib.

Cavabında Peskov deyib ki, Kadırov Kremlin səlahiyyəti deyil, ona görə də onun sağlamlığı ilə bağlı heç bir arayış verilməyəcək.

Eyni zamanda, sentyabrın 18-də Çeçenistan rəhbərinin saytında Kadırovun məzuniyyətə çıxması barədə sərəncan  üzə çıxıb. Qeyd edilib ki, sərəncam iyulun 3-də təsdiq edilib.

Share on Facebook