Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları başa çatıb. İmtahanda uğur qazanan abituriyentləri və onların valiydenlərini ən çox maraqlandıran məsələ univeristetlərə ixtisas seçiminin nə vaxt başlayacağıdır.
Modern.az-ın əməkdaşı ixtisas seçiminin vaxtını dəqiqləşdirmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə ilə əlaqə saxlayıb.
O bildirib ki, imtahan nəticələri elan olunandan sonra ixtisas seçiminin tarixi müəyyən ediləcək.
“İmtahan nəticələri bəlli olandan sonra məlumat veriləcək. Bilirsiniz ki, imtahanlar artıq başa çatıb. Sonuncu imtahanlar iyul ayının 22-i və 23-də keçirilib. Onların nəticələri təxminən 2 həftə ərzində elan olunacaq. Bundan sonra ixtisas seçiminin tarixləri dəqiqləşəcək və ictimaiyyətə bununla bağlı ətraflı məlumat veriləcək. Güman edirəm ki, ixtisas seçimi avqust ayının ortalarından sonraya təsadüf edəcək”, - DİM rəsmisi qeyd edib.