İsveçin Ermənistandakı səfiri Patrik Svenson Zəngəzur (Sünik) bölgəsinə səfər edib.
Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bölgədə bir sıra görüşlər keçirən səfir həmçinin, Azərbaycanla sərhəddə AB missiyasının patrul xidmətini müşahidə edib.
O, İranla sərhəddə yerləşən Mehri keçid məntəqəsinə də baş çəkib.