İstanbulda partlayış: 1 ölü, 5 yaralı

Türkiyənin İstanbul şəhərində Kiçikçəkməcə rayonunda dördmərtəbəli binada partlayış olub.

Sozcu.az xəbər verir ki, bu barədə TRT Haber məlumat verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Binanın zirzəmisində baş verən partlayışın yaranmasına səbəb təbii qaz balonunun partlaması göstərilir.

Qeyd edək ki, əraziyə təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub.

Share on Facebook