“Biz "Şəfa" xəstəxanasının altındakı sığınacaqları ən azı 40 il əvvəl tikmişik”.
Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin keçmiş baş naziri Ehud Barak deyib.
İsrail ordusunun Qəzza şəhərindəki "Şəfa" xəstəxanasını mühasirəyə almasından sonra İsrailin keçmiş baş naziri Ehud Barak etiraf edib ki, xəstəxanın altında tunellər var. Barak xəstəxananın altındakı sığınacaqların İsrail tərəfindən 40-50 il əvvəl tikildiyini bildirib:
“Şıfa" xəstəxanasının nəzdində israilli inşaatçılar tərəfindən tikilən sığınacaqların olduğu uzun illərdir məlumdur. Bunlar HƏMAS tərəfindən qərargah kimi istifadə olunur və bir neçə tunelin kəsişməsi bu sistemin bir hissəsidir. Biz xəstəxana şəhərciyinin ərazisində xəstəxana əməliyyatları üçün daha çox yer yaratmaq üçün təxminən 40-50 il əvvəl bu sığınacaqların tikintisinə kömək etdik. HƏMAS, biz Qəzzanı idarə etdiyimiz zaman illər əvvəl İsrail inşaatçıları tərəfindən tikilmiş sığınacaqlardan istifadə edir”.
Daha əvvəl İsrail ordusu "Şəfa" xəstəxanasının altında uzun bir tunel aşkar etdiklərini açıqlamışdı. Tunelin videosunu paylaşan ordudan verilən açıqlamada “Əsgərlər xəstəxananın kompleksinin altında 10 metr dərinlikdə 55 metr uzunluğunda terror tuneli aşkarlayıb" deyilir. Paylaşılan görüntülərə görə, tunelin sonunda bir adamın arxadan atəş açmasına imkan verən dəlikləri olan partlayışa davamlı qapı var. İsrail ordusu hələlik qapının arxasında nə olduğu haqda məlumat verməyib.