"İsrailin Qəzzadakı davranışları vəhşilik, qətliam və barbarlıqdır" - Ərdoğan

"Ankaranın gözündə Qəzza sakinləri, fələstinlilər, israillilər və ya suriyalılar arasında fərq yoxdur, ona görə də Qəzzada zorakılıq qarşısında Türkiyənin susacağını gözləmək lazım deyil..."

Türkiyə lideri İsraili kəsin surətdə pisləyib

Türkiyə pezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İsrailin Qəzzadakı hərbi əməliyyatı vəhşilikdir və çoxdandır özünümüdafiə çərçivəsindən kənara çıxıb.

Sozcu.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.

"İndi də bu zülm, vəhşilik, qətliam və barbarlıq. Nə qədər insan ölməlidir? Nə qədər uşaq qətlə yetirilməlidir", - telekanal Ərdoğandan iqtibas gətirib.

Ərdoğan həmçinin Roma Papası Fransisklə telefon danışığında bəyan edib ki, İsrailin Qəzza bölgəsinə hücumları kütləvi qətllərə bərabərdir, beynəlxalq birliyin susması isə "rüsvayçılıqdır".

Ərdoğan bəyan edib ki, bütün ölkələr regionda humanitar böhrana qarşı çıxmalıdır. O, həmçinin Avropa Komissiyasını və Birləşmiş Millətlər Təşkilatını Qəzza bölgəsində atəşin tamamilə dayandırılmasına deyil, "humanitar fasilələrə" çağırış etdiklərinə görə tənqid edib.

Ərdoğanın sözlərinə görə, Ankaranın gözlərində Qəzza sakinləri, fələstinlilər, israillilər və ya suriyalılar arasında fərq yoxdur, ona görə də "Türkiyənin Qəzzada zorakılıq qarşısında susacağını gözləmək lazım deyil".

Bu, Ərdoğanın İsrailin ünvanına ilk ittihanəmedici çıxışı deyil. O cümlədən, o, HƏMAS-ı terrorçu təşkilat kimi tanımaqdan imtina edərək bəyan edib ki, bu, "öz torpağı və vətəndaşlarının azadlığı uğrunda döyüşçülər qrupudur".

Ərdoğan İsrailə planlaşdırılam səfərini ləğv edib və ötən ay Nyu-Yorkda BMT Baş Assambleyasında İsrailin baş naziri Binyamin Netanyahunun əlini sıxdığına görə təəssüf edib.

Oktyabrın 21-də Ərdoğan İsrailin hərəkətlərini soyqırıma bərabər tutub. O, bəyan edib ki, "uşaqların, qadınların və dinc sakinlərin qətli, xəstəxanalar, məktəblər, kilsələr və məscidlərin bombardman edilməsilə təhlükəsizliyə nail olmaq mümkün deyil".

Oktyabrın 11-də Ərdoğan İsraili "qeyri-dövlət" davranışında və "Qəzza bölgəsində qeyri-mütənasib hücumlarda" ittiham edib.

Share on Facebook