"İsrailin müdafiə olunmaq hüququ şübhə altına alına bilməz" - Zelenski

"Terror hər zaman təkcə bir ölkəyə qarşı deyil, insanlığa və bütün dünyamıza qarşı cinayətdir..."

Ukrayna prezidenti Vladimir Zelenski HƏMAS-ın yəhudi dövlətinə hücumuna münasibət bildirib.

Sozcu.az xəbər verir ki, bu barədə "pravda.com.ua" nəşri məlumat yayıb.

"İsraildən dəhşətli xəbərlər gəlməkdədir. Terror hücumu nəticəsində doğmaları və yaxınları həlak olan hər kəsə başsağlığı verirəm. İnanırıq ki, qayda-qanun bərpa ediləcək və terrorçular məhv ediləcək", - Ukrayna lideri bəyan edib.

O, vurğulayıb ki, dünyanın heç bir yerində terrora şans vermək olmaz, "çünki terror hər zaman təkcə bir ölkəyə qarşı deyil, insanlığa və bütün dünyamıza qarşı cinayətdir".

"Terrordan kimin istifadə etməsindən asılı olmayaraq, bu, dünyaya qarşı terrordur. Terrora kimin sponsorluq etməsindən asılı olmayaraq, bu, dünyaya qarşı terrordur. İsrailin müdafiə hüququ şübhə altına alına bilməz", - Zelenski qeyd edib və dünya ictimaiyyətini həmrəyliyə çağırıb.

"Terrorun heç vaxt və heç bir yerdə özünə tabe etdirməməsi və ya insan  həyatına son qoymaması üçün dünya birləşməli və həmrəylik nümayiş etdirməlidir", - o, deyib.

"Bu terror aktının bütün təfərrüatları aydınlaşdırılmalıdır ki, dünya hücuma sövq edən və onun təşkilinə kömək edən hər kəsi tanısın və məsuliyyətə cəlb etsin", - Ukrayna prezidenti bəyan edib.

Bundan öncə Ukrayna Xarici İşlər Nazirliyi yəhudi dövlətinə terror aktlarını pisləyib və İsrailə dəstəyini ifadə edib.

Share on Facebook