İsrailin rəsmi səhifəsi İranın ali dini lideri Əli Xameneiyə cavab verib.
Sozcu.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində paylaşım edilib.
“Klaviatura arxasında gizləndiyiniz zaman cəsarətli olmaq asandır. Siz və HƏMAS dostlarınız çox tezliklə barbar hərəkətlərinizdən peşman olacaqsınız”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Xamenei ötən gün “Sionist rejimə hücum planlaşdıranların əllərindən öpürük” demişdi.