İsrail zərbə endirdi: Qəzzada 232 nəfər öldü

İsrail qırıcılarının Qəzzaya zərbələr nəticəsində ölənlərin sayı 232 nəfərə, yaralıların sayı isə 1700 nəfərə çatıb.

Sozcu.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, HƏMAS “İslami-Cihad”la birgə bu gün İsrailə böyük hücum başladıb. Hücum zamanı xeyli mülki sakin öldürülüb, hərbçilərdən əsir götürülənlər var. İsrail ordusu cavab tədbirləri görür.

Share on Facebook