İsrail Qəzzada 150 hədəfi məhv etdi - ABŞ quru əməliyyatına qarşıdır

İsrail ordusu gecə saatlarında Qəzza zolağının şimalında yerləşən 150 yeraltı hədəfə zərbələr endirib.

Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilir ki, zərbə endirilən hədəflər tunellər və digər yeraltı infrastrukturlar daxildir. Dəqiq say açıqlanmasa da, HƏMAS hərəkatının bir neçə üzvü hücumda ölüb.

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail öz tərəfdən 1,4 min itki verdiyini, Fələstin ölənlərin sayının 7 mindən çox olduğunu bildirib.

Ətraflı

Oktyabrın 27-də İsrail Qəzza zolağında əməliyyatını genişləndirib, lakin tam hüquqlu quru əməliyyatına başladığını inkar edir.

"The Washington Post" (WP) qəzeti ABŞ rəsmilərinə istinadən yazır ki, Bayden administrasiyası İsraili Qəzza zolağında böyük quru əməliyyatı keçirmək planlarına yenidən baxmağa və aviasiya və xüsusi təyinatlılardan istifadə etməklə məhdud əməliyyatlara üstünlük verməyə çağırır. Məlumata görə, ABŞ hakimiyyəti genişmiqyaslı əməliyyatın mümkün nəticələrindən çox narahatdır və bunun İsrailə HƏMAS hərəkatını məhv etmək məqsədinə çatmasına kömək edəcəyinə şübhə ilə yanaşır.

WP-nin məlumatına görə, Amerika hakimiyyəti əməliyyatın 200-ə yaxın girovun azad edilməsi üzrə danışıqları poza biləcəyindən ehtiyat edir. Rəsmilər deyirlər ki, son günlər bu mövzuda “əhəmiyyətli irəliləyişlər” olub.

Bundan əlavə, ABŞ administrasiyası quru əməliyyatının fələstinli mülki şəxslər və İsrail əsgərləri arasında çoxsaylı itkilərə səbəb ola biləcəyindən narahatdır. Vaşinqton hesab edir ki, HƏMAS-a qarşı məqsədyönlü zərbələr “girovların azad edilməsi üçün danışıqlara daha çox kömək edəcək, daha az ölümcül olacaq, humanitar yardımın dayandırılması ehtimalı az olacaq və regionda daha geniş müharibəyə səbəb olmayacaq”.

Share on Facebook