İsrailin zərbəsi nəticəsində SEPAH-ın iki generalı ilə yanaşı, 5 yüksək rütbəli zabiti də ölüb.
Onların SEPAH müşavirləri olduğu bildirilib.
Bundan başqa, Dəməşqdəki İran səfirliyi və konsulluğun vurulması nəticəsində oradakı diplomatların da öldüyü deyilir
***20:55
İranın Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin konsulluq şöbəsi İsrail tərəfindən raket hücumuna məruz qalıb.
Sozcu.az xəbər verir ki, bu barədə “İrna” agentliyi məlumat yayıb.
İsrailin hava hücumları nəticəsində azı 8 nəfər həlak olub.
Suriyanın xarici işlər naziri Feysəl Miqdad raket hücumundan sonra İran səfirliyinə baş çəkib və iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefonla danışıb və İsrailin hücumunu pisləyib.
Yerli mənbələr İranın Dəməşqdəki diplomatik missiyasının üzvlərinin xəsarət almadığını bildirib.
“Mehr” agentliyinin məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya və Livandakı komandiri general Məhəmməd Rza Zahedi və onun müavini ölüb.
SEPAH-ın Suriya və Livandakı Baş Qərargah rəisi, briqada generalı Hüseyn Əmirullah da İsrailin Dəməşqə endirdiyi hava hücumunda öldürülüb.
Suriyanın hava hücumundan müdafiə qüvvələrinin İsrail raketlərinin bir hissəsini məhv etdiyi bildirilir.
***
20:09
SEPAH-ın generalı İsrailin Suriyaya hava hücumu nəticəsində öldürülüb.
Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
SEPAH Hərbi Hava Qüvvələrinin sabiq komandanı və Qüds qüvvələrinin yüksək rütbəli komandiri Məhəmməd Rza Zahedi İsrailin Dəməşqdə endirdiyi zərbə nəticəsində öldürülüb.
Qeyd edək ki, İsrail İranın Dəməşqdəki konsulluğuna hava zərbəsi endirib. Hadisə nəticəsində 6 nəfər həlak olub.
Məlumata görə, zərbə nəticəsində konsulluğun binası tamamilə dağılıb.
İranın Suriyadakı səfiri və ailəsi xəsarət almayıb.
Xatırladaq ki, “SNN” agentliyi daha öncə İran konsulluğuna və səfirin iqamətgahına hücum edildiyi barədə məlumat vermişdi. Suriya Dövlət Xəbər Agentliyi də Dəməşq yaxınlığında partlayış baş verdiyini yazıb.