İsrail hazırda təkcə HƏMAS hərəkatı yox, bütün Fələstin xalqına qarşı müharibə aparır.
Sozcu.az xəbər verir ki, bu sözləri Fələstin Baş naziri Məhəmməd Ştaye deyib.
“Heç birimiz bu və ya digər tərəfdən dinc əhalinin öldürülməsini dəstəkləmirik. Halbuki İsrailin indi etdiyi HƏMAS-a qarşı yox, bütün Fələstin xalqına qarşı müharibədir”, - Ştaye bildirib.
Ştayenin sözlərinə görə, İordan çayının qərb sahilində bu il azı 350, oktyabrın 7-dən isə 147 nəfər ölüb:
“Üstəlik, israilli nazirlərdən biri məskunlaşanlara silah paylanması əmrini verib. Bu, fələstinlilərin öldürülməsinə icazə verilməsi deyilsə, bəs nədir? İndi bizim həqiqətən ehtiyacımız olan şey müharibənin dayandırılmasıdır. Çünki humanitar yardımın ehtiyacı olanlara çatdırılması üçün bu lazımdır”.