İsrail Qəzza zolağının cənub bölgəsində humanitar atəşkəs rejimi tətbiq edib.
Sozcu.az xəbər verir ki, bu barədə “i24” telekanalı məlumat yayıb.
Məlumata görə, atəşkəs yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 10:00) qüvvəyə minəcək və 5 saat davam edəcək.
Bildirilir ki, atəşkəs əcnəbi vətəndaşların anklavı tərk edə bilməsi, həmçinin, Qəzzaya humanitar yardım göndərmək məqsədi ilə elan olunub.