İsmayıllıda bıçaqlanma olub.
Sozcu.az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1975-ci il təvəllüdlü Ceyhun Əliyev kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya müraciət edib. Onun aralarında yaranmış mübahisə zamanı dostu, rayonun Basqal qəsəbə sakini Əhmədyar Məhərrəmov tərəfindən bıçaqlandığı bildirilir. Onların İsmayıllıya istirahət məqsədilə gəldikləri deyilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanılıb və müvafiq ekspertiza təyin olunub. C.Əliyevə kəsici alətlə xəsarət yetirdikdən sonra hadisə yerindən yayınan Ə.Məhərrəmovun saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.apa