Pakistanın paytaxtı İslamabadda şiə məscidində partlayış törədilib.
Sozcu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Hadisə nəticəsində bir neçə insanın həlak olduğu bildirilib.
Polis rəsmisi Zafar İqbal deyib ki, partlayış cümə namazı zamanı baş verib. “Bir neçə nəfəri xəstəxanalara çatdırmışıq. İndilik neçə nəfərin öldüyünü dəqiq deyə bilmərəm, amma bəli, insanlar ölüb”, - o qeyd edib.
