Müsavat Partiyasının başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı Portuqaliyanın Lissabon şəhərində keçirilən beynəlxalq tədbirə dəvət edilib.
Müsavat başqanı İsa Qəmbər ALDE konqresinin toplanyısında Avropanın 30 dan artıq ölkəsini təmsil edən siyasi partiya liderlərinin görüşündə iştirak edəcək.
Arif Hacılı konqres günlərində Cənubi Qafqaz Respublikaları siyasi partiya liderləri və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə təşkil olunan Cənubi Qafqaz regionunun problemlərinə dair Dəyirmi Masada Azərbaycanı təmsil edəcək.