İrəvandan Kremli qəzəbləndirəcək daha bir AÇIQLAMA: Borclu deyilik...

"Heç bir razılaşma və ya bəyanatla Ermənistan heç bir dövlətə ekstraterritorial dəhliz verməyə borclu deyil".

Sozcu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin Avrointeqrasiya üzrə daimi komissiyasının sədri Arman Yeqoyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

"Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin yola nəzarət etməsinə gəlincə, mətni oxuyun. Fransa ilə əməkdaşlığımız davam edəcək və burada qeyri-qanuni heç bir şey yoxdur. İstənilən dövlətin öz ordusunu istədiyi kimi silahlandırmaq hüququ var", - deyə Yeqoyan söyləyib.

Share on Facebook