Açıq dialoq baxışların tam başa düşülməsi və irəliləyiş üçün vacibdir.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən adının açıqlanmasını istəməyən rəsmi şəxs deyib.
O bildirib ki, ABŞ Dövlət Departamenti İrəvanla Bakı arasında irəliləyişə nail olmaq üçün açıq dialoqu yüksək qiymətləndirir:
“Tərəflər arasında sülh sazişi üzrə danışıqları, o cümlədən liderlərin Kişinyovda görüşü və davam edən irəliləyiş bizi ruhlandırır. Açıq dialoq baxışların tam başa düşülməsi və tərəqqi üçün vacibdir. Biz dialoqu təşviq etməyə, davamlı və layiqli sülh yolunda tərəfləri dəstəkləməyə davam edəcəyik”.