“İrəvan Bakıdan sülh müqaviləsi layihəsi ilə bağlı daha bir təkliflər paketi alıb”.
Sozcu.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində bildirib.
Armen Qriqoryan həmçinin bildirib ki, Nikol Paşinyan və İlham Əliyev arasında Münxendə keçirilən görüşdə Ermənistan və Azərbaycan xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü barədə razılıq əldə olunub.
“Hazırda tarixlər müzakirə olunur, lakin tarixlər, yer və format barədə dəqiq məlumat yoxdur”, - Qriqoryan əlavə edib.
“Biz işi davam etdiririk, düşünürəm ki, xarici işlər nazirlərinin görüşündə sülh müqaviləsi müzakirə olunacaq”, - Təhlükəsizlik Şurasının katibi bildirib.
Ölkə liderləri səviyyəsində görüşün mümkünlüyünə gəlincə, Qriqoryan qeyd edib ki, müzakirələr gedir, lakin yekun qərar yoxdur.