İrəvan: Azərbaycanın itkin düşmüş hərbçisi… - Son dəqiqə

Ermənistan Milli Təhlükəsizlik Xidməti azərbaycanlı hərbçinin sərhədi keçməsinə dair məlumatın olmadığını bildirib.

Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə xidmətdən Azadlıq Radiosunun erməni xidmətinə məlumat verilib.

Ermənistan MTX həmçinin yeni informasiya olacağı halda məlumat verəcəklərini bildirib.

Qeyd edək ki, iyunun 9-da Azərbaycan Müdafiə Nazirliyi Sədərək rayonunun Günnüt kəndi yaxınlığında Azərbaycan Ordusunun hərbçi qulluqçusu Ceyhun Tofiq oğlu Hüseynovun naməlum şəraitdə itkin düşdüyünü açıqlayıb. “Sputnik Ermənistan” isə bu gün Azərbaycan hərbçisinin Ermənistana keçdiyini iddia edib. Agentlik hərbçimizin Dərələyəzin Arpa (Areni) kəndi yaxınlığında saxlanıldığını bildirib.

Share on Facebook