İranda təyyarə qəzaya uğradı: general həlak oldu

İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Quru Qoşunlarına məxsus “Gayrokopter” tipli ultra yüngül təyyarə qəzaya uğrayıb.

Sozcu.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAh-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin açıqlamasında bildirilib.

Məlumata görə, təyyarə ölkənin cənub-şərqindəki “Sirkan” sərhəd bölgəsində döyüş əməliyyatları apararkən qəzaya uğrayıb.

Qəza nəticəsində briqada generalı Həmid Mazenderani və İnqilab Keşikçiləri Korpusunun quru qoşunlarının döyüşçülərindən Hamed Candaghi həlak olub.

Share on Facebook