İranda silahlı qarşıdurma: ölənlər var

İyunun 11-i günortadan sonra İranın Xuzistan əyalətinin İzə şəhərində hökumət məmurları ilə vətəndaşlar arasında qarşıdurma yaşanıb.

Sozcu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Hadisə etiraz aksiyaları zamanı hökumət məmurları tərəfindən öldürülən 9 yaşlı Kiyan Purfələkin ad gününü qeyd edən vətəndaşlara hökumət məmurlarının hücumu nəticəsində meydana gəlib. Toqquşma zamanı polis kapitanı Məhəmməd Qənbəri və 21 yaşlı mülki şəxs Puya Molayi öldürülüb.

Həmçinin, bir neçə etirazçının ağır yaralandığı, çox sayda insanın isə həbs edilərək naməlum yerə aparıldığı bildirilir.

Share on Facebook