İranda güclü partlayış: 30 ölü, 17 yaralı

11:12

İranın Cənubi Xorasan əyalətinin Tabas şəhərində şaxtada partlayış baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd məlumat verib.

Məlumata görə, partlayış nəticəsində 28 nəfər ölüb, 17 nəfər yaralanıb.

Kolivənd 24 nəfərin itkin düşdüyünü bildirib.

Hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilir.

***

Saat 9-a (yerli vaxtla) olan məlumata görə, Tabas şəhərində kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Bu sözləri İranın Cənubi Xorasan əyalətinin Böhranların İdarə Olunması şöbəsinin baş direktoru Məhəmməd Əli Axundi deyib.

Share on Facebook