İranda 4 nəfər barəsində çıxarılan ölüm hökmü səhər saatlarında icra olunub.
Onlar 2023-cü ilin yanvarında İsfahanda İranın müdafiə sənayesi ilə bağlı müdafiə və raket texnologiyalarının istehsalı zavoduna hücumda ittiham olunublar.
Məlumata görə, Tehran hakimiyyəti bu hücumda İsraili qınayıb, 4 nəfəri də Mossadla əlaqədar mühakimə edib.
Edam olunanlar bunlardır: qruplaşmanın başçısı Məhəmməd Fəramərzi, Möhsün Mazlum, Vəfa Azərbar (İranda fəaliyyət göstərən “Komilə” hərbi-siyasi qruplaşmasının üzvü), Peyman Fatehi.