İran səfiri İsrailin Azərbaycandakı səfirini təhdid etdi

Öz yolverilməz davranışına Bakının müvafiq reaksiyasını eşitməyən İranın Azərbaycandakı səfiri Abbas Seyid Musəvi İsrailin Bakıdakı səfiri Corc Dikin və ümumilikdə İsrailin ünvanına təhdidləri davam etdirmək qərarına gəlib.

Xatırladaq ki, noyabrın 4-də İran səfiri HƏMAS-ın İsraili Aralıq dənizində boğacağı ilə hədələyib. Üstəlik, "bütün dünyanın nifrət etdiyi kimi, rasist İsrailə nifrət edən "cəsarətli Azərbaycan xalqı" adından danışmaq hüququnun olduğunu da düşünüb.   

“Hey... ! Hörümçək toru olduğunu bilməniz kifayətdir. Mənə maraqlıdır ki, görəsən, niyə sizin "polad hörümçək torunuz" HƏMAS-ın bir neçə döyüşçüsünü məğlub edə bilmədi və bunun əvəzinə 10 000 dinc sakini öldürdü, onlardan 4 000-i uşaqdır! Bu şəbəkə sizin ölümünüz üçün bizim əllərimizlə ilgəyə çəkiləcək", - Musəvi Tvitter hesabında yazıb.

Ötən gün İsrail səfirinin əvvəlki təhdidlərə cavab verməsi onu qəzəbləndirib.

"İran rejiminin səfirinə: peşəkardan pulsuz məsləhət: mənim ölkəmi məhv etməklə, məni isə  ölümlə (yenidən) təhdid etdiyiniz zaman adamların sizi ciddi qəbul etməsini istəyirsinizsə, hörümçək metafundan imtina etməlisiniz. Hörümçək ipəyi poladdan beş dəfə möhkəmdir. Bax, belə".

Hələlik İsrail nümayəndəsi İran səfirinin son təhdidlərinə cavab verməyib. /Turan.az

Share on Facebook