Türkiyə xərcləri azaltmaq üçün ABŞ-la bağladığı 23 milyard dollarlıq F-16 modernləşdirmə müqaviləsində bəzi dəyişikliklər etməyi planlaşdırır.
Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə hakimiyyəti daha az modernləşdirmə dəsti və sursat almaqla vəsaitlərinə qənaət etməyi hədəfləyir.
Qeyd edək ki, ABŞ Türkiyənin 40 yeni nəsil F-16 döyüş təyyarəsi, 79 modernizasiya dəsti və çoxlu sayda raket almasına razılıq vermişdi.
İndi isə Türkiyə razılaşmaya bəzi dəyişikliklər etməyə hazırlaşır.
Adı açıqlanmayan Türkiyə rəsmisi bildirib ki, onlar müqavilənin xərclərini azaltmaq üçün daha az modernləşdirilmiş dəst və sursat alacaqlar.
Prezident Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirilən mətbuat konfransında ehtiyat hissələri məsələsinin gündəmə gətirildiyini bildirib.
Anlaşmanıntəxminən 2030-cu ildə həyata keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, müqaviləyə həmçinin müxtəlif təkmilləşdirmələr, o cümlədən radar, elektron müharibə dəsti, rabitə sistemi və missiya kompüteri alınması daxildir.